Virtualdan reallığa
Çətinliklərə SON!
Tələb sizdən, həll bizdən!
Gələcəyə birgə addımlayaq!

Yeni proqramlaşdırma dili yaradılıb

Massaçusets Texnologiya İnstitutunda çalışan beynəlxalq mütəxəssislər komandası tərəfindən yaradılmış “Simit” dili fiziki proseslərin kompleks modelləşdirməsi üçün yüksək səviyyəli və aşağı səviyyəli təsvir arasında sürətli keçidə imkan verir. Bu proqramlaşdırma dilinin sayəsində tədqiqatçılar kodun miqdarını 90% azalda və eyni zamanda simulyasiyaların modelləşdirilməsi effektivliyini 200 dəfə yüksəldə bilərlər.
SofTime RYTN-in elektron xəbər xidmətinə istindən məlumat verir ki, müasir elmdə kompüter simulyasiyalarının modelləşdirilməsi olmadan hər hansı bir iş görmək çətindir. Məsələn, alimlər yüksək yüklənmə zamanı təyyarənin qanadında çatın yaranması səbəblərini öyrənmək istəyirlər və bunun üçün müvafiq proqramı yazırlar, daha sonra virtual qanadı müxtəlif vəziyyətlərdə sınaqdan keçirir və müvafiq qanunauyğunluq aşkar edirlər. Nəticədə gələcəkdə dəhşətli təyyarə qəzalarından xilas olmaq mümkün olur. Hazırda mövcud olan proqramlaşdırma dilləri bu istiqamətdə tədqiqatlar üçün səmərəsizdir.
“Simit” proqramlaşdırma dilinin əsas özəlliyi alqoritmlərin yüksək səviyyəli təsvirinin avtomatik aşağı səviyyəli təsvirə və ya əksinə keçididir.
“Simit” dilindən istifadə nəticəsində kodun miqdarı dəfələrlə azalır. Proqramçılar eyni alqoritmi məşhur proqramlaşdırma dillərində, həmçinin “Simit” dilində yazıblar. Kodun miqdarı bütün əvvəlki versiyaların 10%-ni təşkil edib. Yeni proqramlaşdırma dilindən kompüter təlimi, robot düzəltmə, məlumatların təhlili və müasir elmin bir sıra başqa istiqamətlərində istifadə etmək planlaşdırılır.

Təşəkkür edirik!
Əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır...