Virtualdan reallığa
Çətinliklərə SON!
Tələb sizdən, həll bizdən!
Gələcəyə birgə addımlayaq!

HOTEL üçün



SofTime şirkəti otel və otel tipili müəssisələr üçün aşağıda göstərilən sistem və avadanlıqlardan ibarət olan kompleks həlləri təklif edir.



Elektrik kabellər, elektrik qidalanma

Buraya elektrik kabellər, paylaşdırıcı panellər, işıqlandırma cihazları, elektrik çıxışlar, elektrik qidalanma və ehtiyat qidalanmanı təmin edən sistemlər, işıqlandırma və elektrik qidalanmanı idarə edən, və “ağıllı ev” prinsipində işləyən sistemlər daxildir.

Binanın kabel strukturlamanın və güc nöqtələrin doğru dizaynı eyni zaman elektrik sistemlərin avtomatlaşdırma qurğuları ilə, sistemin səmərələi və təhlükəsiz istismarına, elektrik xərclərinin və sistemlərin texniki dəstək dəyərini azaldır.

Eyni zaman elektrik qoruma qurğuları (UPS, generatorlar, gərginlik tənzimləyiciləri) avadanlığınızın elektrik cərəyanından zədələnməsinə imkan vermir, onların istismar müddətini uzadır, işinizi boş dayanmaqdan və məlumatın itirilməsindən qoruyur.

Ağıllı Otel mehmanxana və mehmanxana tipli təşkilatların (otel, pansionat, istirahət zonası, motel və s.) fəaliyyətinin nəzarəti və hesabatını təmin edən çox istifadəçi məlumat bazasıdır. Proqram otaqların rezervasiyası, qonaqların yerləşdirilməsi, hər otağın maliyyə hesabatını və başqa əməliyyatları keçirməyə imkan verir, bu da müştərilər ilə işin səmərəliyini artırır.

Proqram otaqların çevik rezervasiyası və qonaqların müxtəlif xidmətlərdən istifadəsini, ödəmələrini və otaqların durumunu nəzarət imkanını verən funksionala malikdir.



İP-telefoniya

Otel daxilində səs rabitəsini, data birləşmələrin analoq və rəqəmsal üzrə qurulmasını təmin edir. İnternet birləşmənin (kabel və simsiz WiFi) həm otel işçiləri, həm də qonaqlar üçün təmin edilməsi, Ağıllı Otel ilə billinq üçün inteqrasiya imkanları – bunlar hamısı otelin xidmət səviyyəsinin və müştərilərin məmnuniyyətini qaldırmağına gətirib çıxardır.

İP-telefoniya əsasında təqdim olunan Call Center həlləri böyük otellərdə, eyni zaman bir otel şəbəkəsinin vahid rezervasiya xidmətində istifadə oluna bilər.

Ondan başqa belə tipili sistemlərin istifadəsi otelin keyfiyyət nişanını qaldırır, onun “ulduzluğunun” artmasına səbəb ola bilər.



Video müşahidə və təhlükəsizlik sistemləri

Videoizləmə, qorunma siqnalvermə və başqa təhlükəsizlik avadanlığı işçilərə, kassa əməliyyatlarına, satıcılara, reception-a nəzarət, eyni zaman təhlükəsiz işin təmin olunması, baş verən hadisələrin videoyazısına qeydə alınmasını təmin edən avadanlıqdır.

Dünyanın istəniln yerindən mobil qurğuda və ya bilgisayardam kameralara birbaşa qoşulma və işçilərin nəzarət etmək imkanını əldə edə bilərsiniz.

Hadisələrin yaddaşa daimi qeydə alınması və sonra lazım olduğu halda onların yaddaşdan seyr edilməsi mümkündür. Xüsusi proqram təminatı lazımı hadisənin video yazıların arasında tez tapılmasına imkan verir.



Giriş-çıxış nəzarət sistemləri (Access Control)

Həm biometriya göstəriciləri (barmaq izləri, gözün torlu qişası), həm də elektron vasitələri (kartlar, qolbaqlar və s.) əsasında giriş və çıxışa izni vermək və nəzarəti təmin edən avadanlıq. Ağıllı Otel ilə inteqrasiya imkanları.

Bunların vasitəsi ilə yalnız yerlər və onlara daxil olmaq və çıxmaq hüquqları deyil, həmçinin buna hansı vaxt həyata keçirilməsini mümkün olduğunu müəyyən edə bilərsiniz.

Müxətlif texnoloqiyalar (mifare, RFID, barkod) üzərində hazırlanmış sistemlər təklif oluna bilər bu da öz növbədə bu tip həlləri geniş tətbiq edilməsinə imkan yaradır.

Çimərlik, əyləncə zonaları olan Resort tipli otellər üçün elektron qolbaqlar əsasında həllər, müştərilərə müəyyən sahələrə keçidi, xidmətlərin istifadəsini və onların qeydiyyatdan keçirib, ödəməni elektron vasitəsi ilə təsdiqi təmin oluna bilər (qolbaq və kartların oxunması ilə).

Təşəkkür edirik!
Əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır...